Gundemxeber.az » Dünya » İddia: ABŞ Avakovu Zelenskinin yerinə uyğun namizəd hesab edir
Ağ Ev Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovu Ukrayna prezidenti Vladimir Zelenskinin yerinə uyğun namizəd hesab edir.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunda deyilir.
“Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov hazırda uyğun namizəd kimi nəzərdən keçirilir. Amerikalılar Avakovun “güclü tərəflərini” onun Ukraynanın millətçi birləşmələri ilə sıx əlaqələri və Avropa ölkələrinin liderləri ilə davamlı əlaqələri hesab edirlər”, - mətndə deyilir.
Onu da qeyd edək ki, 1964-cü ildə Bakıda, indiki Binəqədi rayonunda doğulub böyümüş erməniəsilli Arsen Avakov nazir olduğu dönəmdə azərbaycanlılara qarşı mənfi münasibəti ilə seçilib. Vəzifədə olarkən o, mafioz nazir kimi ad çıxarmışdı və daha çox Rusiyameylli biri kimi tanınırdı.
Onun adının Rusiya tərəfindən Zelenskinin alternativi kimi çəkilməsi müəmmalı məsələdir.
GUNDEMXEBER.AZ
15-10-2020, 12:33
3-05-2019, 20:19
17-11-2017, 13:37
1-11-2017, 11:06
28-07-2017, 16:25
Sorğu
Yeni dizaynımız necədir?