Gundemxeber.az » Dünya » Polis Londonun mərkəzində bir uşaq və bir qadını bıçaqlayan şəxsin həbs edildiyini bildirib
Londonun Metropoliten Polisi bazar ertəsi Londonun mərkəzində 11 yaşlı qız uşağını və 34 yaşlı qadını bıçaqlayan bir kişinin həbs edildiyini bildirib.
Hücum mağazaları, teatrları və kino-teatrları ilə turistləri özünə cəlb edən Lester meydanında baş verib. Meydan və ətraf ərazini hər həftə təxminən 2,5 milyon insan ziyarət edir.
Polis iki qurbanın böyük travmatologiya mərkəzinə aparıldığını bildirsə də, onların xəsarətlərinin miqyasını açıqlamayıb.
Bıçaqlanma hadisəsi Britaniyanın son bir həftə ərzində zorakılıqlarla üzləşdiyi - anti-immiqrant və islamofob şüarlar səsləndirən izdihamın polislə toqquşduğu bir vaxt baş verib.
İğtişaşlar sosial şəbəkələrdə Taylor Swift məzmunlu rəqs tədbiri zamanı üç qızın ölümünə səbəb olan bıçaq hücumu ilə bağlı dezinformasiya yaymaq üçün istifadə edən sağçı fəallar tərəfindən qızışdırılıb.
Bıçaqlanmanın iğtişaşlarla hər hansı əlaqəsinin olub-olmadığı məlum deyil.
Polis həftə sonu növbəti iğtişaşlara hazır olsa da, geniş iğtişaşlar baş verməyib.
Baş nazir Keyir Starmerin ofisi nazirlərin yüksək hazırlıq vəziyyətində olduqlarını və zorakılıqların nəticələrinin aradan qaldırılması üçün işləri davam etdiyini bildirib.
Gundemxeber.az
17-01-2015, 02:17
3-03-2017, 23:55
29-06-2016, 11:05
4-11-2014, 12:49
13-07-2014, 16:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?