Fələstin Prezidenti Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində (TBMM) gözlənilən çıxışı ilə əlaqədar parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Gundemxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər parlament binasına iki mərhələli yoxlama prosesindən sonra buraxılır. Bundan əlavə, binanın ətrafında çəkiliş aparmaq qadağandır.
Mahmud Abbas Ankaraya çərşənbə günü axşam saatlarında gəlib və bu gün onun TBMM üzvləri qarşısında çıxışı gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?