ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefonla danışıb.
Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə olunmasının zəruriliyini müzakirə ediblər.
Blinken Yəməndə husi üsyançılarının hərəkətlərindən, xüsusən də avqustun 3-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini ələ keçirməsindən narahatlığını ifadə edib.
Bundan əlavə, amerikalı diplomat Səudiyyə Ərəbistanından olan həmkarına Sudanda hərbi əməliyyatların dayandırılması üçün danışıqların təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.
Avqustun 15-də Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı Dohada məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlarda İsraildən nümayəndə heyətləri və ABŞ, Misir və Qətərdən vasitəçilər iştirak ediblər. Tərəflər növbəti görüşü gələn həftənin sonunadək Qahirədə keçirmək barədə razılığa gəliblər.
Sorğu
Yeni dizaynımız necədir?