ABŞ Prezidenti Cozef Bayden İranın Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin ölümü ilə əlaqədar Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə getməyəcəyinə ümid etdiyini bildirib.
Bu barədə dövlət başçısı Delaver ştatında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Jurnalistlərin İranın niyyətindən geri çəkiləcəyinə dair sualına Bayden belə cavab verib: “Buna ümid edirəm, lakin bilmirəm”.
Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Tehranda Haniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı heç bir tolerantlıq nümayiş etdirməyəcəyi barədə xəbərdarlıq edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?