İsrail tərəfi ABŞ-nin Qəzza zolağında atəşkəs məsələsində Fələstinin radikal HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş yeni təklifini qəbul edib.
Bunu İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Entoni Blinken Təl-Əvivdə çıxışı zamanı deyib.
"Bu gün Baş nazir Binyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə təsdiq etdi ki, İsrail fikir ayrılıqlarını aradan qaldırmaq təklifini qəbul edir və dəstəkləyir. İndi HƏMAS da eyni şeyi etməlidir", - Blinken deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?