Rusiya mağazalarında satılan erməni konyaklarının 90%-nin təhlükəli olduğu ortaya çıxıb. Məhsulların yarısının tərkibində üzüm olmadığı aşkar edilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Rusiyada "Saxtakarlığa qarşı mübarizə" beynəlxalq assosiasiyası və Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.
Tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak içkisindən nümunəsi alınıb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarından alınıb və təhlil üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.
"Onlardan 177-də, yəni 89%-də - 10 nümunədən 9-da pozuntular ortaya çıxıb. Demək olar ki, yarısında qeyri-üzüm mənşəli spirtlər aşkar edilib. İçkini konyak edən isə məhz üzüm mənşəli spirtdir. Yalnız 23 nümunənin Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxdı", - deyə məlumatda bildirilir.
Bununla əlaqədar olaraq Saxtakarlığa Qarşı Mübarizə Assosiasiyası Ermənistan Respublikasından idxal edilən alkoqollu məhsullara əlavə nəzarət tədbirlərinin görülməsi xahişi ilə Baş Prokurorluğa, Federal Gömrük Xidmətinə müraciətlər göndərib.
"Tədqiqat zamanı nəticələr hər kəsi şok etdi. Biz ancaq müəyyən sayda pozuntuların olacağını gözləyirdik. Lakin mağazalardakı konyakların demək olar ki, yarısının saxta olması bizi təəccübləndirdi", - deyə Saxtakarlığa Qarşı Mübarizə Assosiasiyasının baş direktoru Kristina Skripnik bildirib.
Sorğu
Yeni dizaynımız necədir?