Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla danışıqlarda yeni baş nazirin mərkəzçi prezident koalisiyasından kənar şəxslər arasından təyin edilməsini istəyib.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Mən mərkəzçi blokun partiyalarına daxil olmayan yeni baş nazirin təyin edilməsini istədim”, - Attal prezident blokunun nümayəndələri ilə Makron arasında yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar çərçivəsində keçirilmiş görüşdən sonra partiya yoldaşlarına yazdığı məktubda bildirib.
O vurğulayıb ki, belə addım geniş siyasi spektrin – solçulardan tutmuş sağçı respublikaçılara qədər maraqlarını təmsil edəcək kabinetin formalaşmasına imkan verəcək.
“Bu, Fransa xalqının maraqları naminə irəliləməyə imkan verə bilər”, - o əlavə edib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?