Rəsmi inaqurasiyasından sonra Fransanın ən gənc prezidenti 39 yaşlı Emmanuel Macron ölkənin beynəlxalq şöhrətini bərpa etməyi vəd edib. "Mənim mandatım fransızlara özlərinə əminliyi geri vərəcək," prezident Macron inaqurasiya mərasimində deyib. O, vəzifədə olduğu vaxtda Avropa İttifaqını "islahatdan keçirməyi və yeniləməyi" vəd edib. Cənab Macron hakimiyyətdə olduğu 5 il müddətində ən böyük işsizlik nistbəti ilə üzləşən Francois Hollande-dən sonra prezidentlik vəzifəsini icra edəcək.
Keçən həftə, Emmanuel Macron prezident seçkilərinin ikinci mərhələsində 65 faiz səs toplayaraq rəqibi, ifrat sağçı Milli Cəbhə partiyasının rəhbəri Marine Le Pen-i məğlub edib. Keçmiş investisiya bankiri Emmanuel Macron, bundan əvvəl seçkilərdə iştirak etməyib və mərkəzçi siyasi hərəkatını yalnız keçən il təsis edib. O, ölkənin siyasi nizamını dəyişəcəyini və iqtisadiyyatını canlandıracağını deyib. İlk çıxışında, cənab Macron "cəmiyyətdəki bölmələri və çatları" aradan qaldırmaq lazım olduğunu vurğulayıb. Hollande varisinə Fransanını nüvə kodlarını verdikdən sonra vəzifəsində uğurlar arzulayıb. "İndi birliyin və azadlığın lehinə çıxan güclü bir Fransa dünyaya və Avropaya həmişəkindən daha çox lazımdır", o bəyan edib. Prezident Macron Fransa xalqına "Fransanın gücünün tükənmədiyini" göstərəcəyini və ölkənin "yeni bir intibah dövrünün eşiyində" olduğunu deyib. Cənab Macron yüksək işsizlik nisbəti və yavaşlayan iqtisadi artım kimi böyük problemlərlə üzləşir. Bu gün onun yeni Baş nazir təyin etməsi gözlənilir. Bundan sonra, prezident Almaniya kansleri Angela Merkel ilə görüşmək üçün Berlinə gedəcək.
Sorğu
Yeni dizaynımız necədir?