2024-cü ilin birinci yarısında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə iki dəfə artaraq 18,4 milyard dollara çatıb.
GUNDEMXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Statistika Komitəsi yayıb. Məlumata görə, Rusiya Ermənistanla ticarət həcminə görə liderliyini qoruyur. Bu ilin yanvar-iyun aylarında Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 2,5 dəfə artıb ki, bu da pul ifadəsində 8,4 milyard dollar təşkil edir.Bunun 7 milyard dolları Rusiyadan 4,8 dəfə artan idxalın payıdır . Hesabat dövründə Rusiyanın Ermənistanın xarici ticarət dövriyyəsinin strukturunda payı da ötən ilki 35,8 faizdən 45,4 faizə yüksəlib.
İlin birinci yarısında Ermənistanın xarici ticarət tərəfdaşları siyahısında ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri tutub. Onunla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7,5 dəfə artaraq 3,7 milyard dollara çatıb. Bu, sırf İrəvanın BƏƏ-yə ixracı hesabınadır. Belə ki, bu ilin yanvar-iyun aylarında Ermənistan BƏƏ-yə 3,66 milyard dollar dəyərində mal ixrac edib, idxal isə cəmi 26 milyon dollar təşkil edib. Nəticədə xarici ticarət dövriyyəsinin strukturunda BƏƏ-nin payı də kəskin artıb - bu ilin yanvar-iyun aylarında ötən ilki 5,5 faizdən 20,1 faizə qədər.
Ermənistanla ticarət həcminə görə üçüncü yeri 1,4 milyard dollar nəticə ilə Çin tutur. 2024-cü ilin birinci yarısında bu ölkə ilə ticarət 41,9 faiz artıb. Bu zaman Ermənistandan Çinə mal ixracı 3,4 dəfə artaraq 714,3 milyon dollara çatıb, idxal isə 11,7 faiz azalaraq 693 milyon dollara düşüb. Maraqlıdır ki, Çinlə ticarətin nəzərəçarpacaq dərəcədə artmasına baxmayaraq, ilin birinci yarısında bu ölkənin Ermənistanın xarici ticarətindəki payı bu ilin yanvar-iyun aylarında keçən ilki 11 faizdən 7,6 faizə qədər azalıb. Bu, bütövlükdə Ermənistanın xarici ticarətinin daha sürətli artım templəri ilə bağlı baş verib.
İllər əvvəl Ermənistanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı 2024-cü ilin yanvar-iyun aylarında bu siyahıda dördüncü yeri tutub. Aİ ilə ticarət dövriyyəsi 23,7 faiz azalaraq 1 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici ticarətin cəmi 5,7 faizini təşkil edib, ötən il bu rəqəm 15,4 faizolub. Hesabat dövründə Ermənistan mallarının Aİ-yə ixracı 25,1 faiz azalaraq 281,7 milyon dollar təşkil edib. Avropa İttifaqı ölkələrindən idxalın həcmi 23,1 faiz azalıb. Belə ki, 2024-cü ilin birinci yarısında Ermənistan Aİ-dən 776,9 milyon dollar dəyərində mal idxal edib.
Bundan əlavə, ABŞ-la ticarət 40 faiz, Almaniya ilə - 35 faiz azalıb, İtaliya ilə - təxminən ötən ilin səviyyəsində qalıb.
Qeyd edək ki, ticarətin azalması bütün Qərb ölkələri ilə müşahidə olunmur: Fransa ilə ticarət 15 faiz, Hollandiya ilə 60 faiz, Belçika ilə ticarət 20 faizdən çox və Bolqarıstanla demək olar ki, 15 faiz artıb. Düzdür, artım əsasən mədən xammalının ixracı hesabına, azalma isə daha qiymətli metallurgiya mallarının (ferromolibden və alüminium folqa) ixracının azalması hesabına baş verib. Qonşu Gürcüstanla ticarət eyni səviyyədə qalıb, lakin İran və İraqla əhəmiyyətli dərəcədə azalıb (birinci halda idxalın, ikincidə ixracın, əsasən siqaretin azalması hesabına). Belarus da İsveçrə və Hollandiyanı bir qədər qabaqlayaraq ilk onluğa daxil olub. Bu ölkə ilə ticarətin artması həm də qismən malların təkrar satışı ilə bağlıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?