Rza Zərrabın iqtisadiyyat naziri Zəfər Çağlayana 300 min frank (təxminən 700min TL) dəyərində “Patek Philippe” markalı İsveçrə saatı hədiyyə verdiyi bildirilib. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayımlayıb. İddialara görə, saatı Rza Zərrabdan şəxsən nazirin özü istəyib. Azərbaycanlı iş adamı isə öz işçisi vasitəsilə 2013-cü il sentyabrın 24-də nazirin istədiyi saatı ölkəyə gətirdib. Daha sonra həmin saat öz adamı Murad Yılmaz tərəfindən Z.Çağlayanın köməkçisi olan Onur Kayaya verilib. Saat təqdim edildikdən sonra Murad Yılmaz müdiri Rza Zərraba mesaj yazaraq saatı təhvil verdiyi haqqında məlumat verib. Mətbuat Onur Kaya ilə Rza Zərrab arasında olan telefon danışıqlarının stenoqramını da çap edib. Stenoqramı təqdim edirik:
Onur Kaya: “Nə vaxt İstanbulda olar?”
Rza Zərrab: “İstanbula yox, mən Ankaraya göndərirəm axı”.
Onur Kaya: “Ankarada olar. Fərqi yoxdur. Ankara daha yaxşı olar”.
Bu isə 2013-cü il sentyabrın 24-də Murad Yılmazın nazirin mühafizə rəisi Əmrah adlı şəxslə aralarında olan dialoq:
Murad Yılmaz (Rza Zərrabın adamı): “İsveçrədəyəm. Rəis bura göndərmişdi e... Saat 12-də Ankarada olacam. De görək, nə edək, necə edək?” Əmrah: “Biz səndən əmanət alacağıqmı?”
Murat Yılmaz: “Yəni Bəy əfəndiyə verilməsi gərəkən bir əmanət var”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?