Gundemxeber.az » Dünya » Zaxarova: Rusiya ilə Çinin bir-birinə qarşı ərazi iddiası yoxdur
Rusiya Federasiyası və Çin qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina etdiklərini rəsmən təsdiqləyiblər...
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tayvanın prezidenti Lai Cindenin "Çin Rusiyadan niyə torpağını almır?" bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya və Çinin bir-birinə qarşı ərazi iddiası yoxdur.
“Qisas sindromlarına bürünmüş ayrı-ayrı marjinal siyasətçilərin fikirləri hər kəs üçün maraqlı ola bilər, amma bizim üçün deyil”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Lai Cinde təklif edib ki, Çin Ayqun müqaviləsinə uyğun olaraq Rusiyaya daxil olan Amur çayının şimalındakı əraziləri geri qaytarmağa çalışsın. Onun sözlərinə görə, əgər Çin Xalq Respublikasının hakimiyyəti Çinin birliyini və ərazi bütövlüyünü bərpa etməyə çalışırsa, Primoryedəki torpaqların XIX əsrdə Rusiya imperiyasına verilməsi ilə bağlı bu ölkəyə ərazi iddiaları irəli sürməlidir.
Gundemxeber.az
30-10-2015, 23:18
8-04-2023, 14:42
24-12-2015, 18:01
22-10-2019, 09:15
8-10-2019, 16:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?