“ABŞ administrasiyası yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərmək niyyətindədir”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
O, Vaşinqtonun Kiyevə əlavə olaraq konkret nə göndərəcəyini açıqlamayıb:
“ABŞ prezidenti Cozef Baydenin açıqladığı kimi, Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır və biz Rusiyanın bu tip hücumları fonunda onların hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcəyik. Cəmi 10 gün əvvəl gördüyünüz kimi, biz daha bir hərbi yardım paketi elan etdik və qarşıdakı həftələrdə daha çox elan olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?