Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder növbəti dəfə cinsi təcavüzdə şübhəli bilinərək saxlanılıb.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, son mövsümü ölkəsinin "Monako" klubunda keçirən futbolçu istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə ittiham olunur.
Oktyabrın 15-də 34 yaşlı oyunçunun məhkəmə prosesi keçiriləcək.
Qeyd edək ki, Ben Yedder 2023-cü ildə də eyni cinayətə görə polis tərəfindən saxlanılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?