Britaniyanın xarici işlər naziri David Lemmi Ukrayna və Qəzzada müharibələr də daxil olmaqla, bir sıra mövzular ətrafında danışıqlar aparmaq üçün ABŞ dövlət katibi Antoni Blinkeni çərşənbə axşamı Londonda qəbul edib. İkitərəfli münasibətlər, eləcə də Hind-Sakit Okean hövzəsi ilə bağlı məsələlər də həmçinin ABŞ və Britaniya rəsmilərinin diqqət mərkəzindədir. "Daha qeyri-sabit və təhlükəli bir dünyada bizim ölkələrimizin daha sıx mühasibətdə olması çox vacibdir", Lammi çərşənbə axşamı keçiriləcək görüşdən əvvəl açıqladığı bəyanatda bildirib. Blinkenin həmçinin çərşənbə axşamı partiyası 14 ildən sonra ilk dəfə iyul ayında hakimiyyətə qayıdan Britaniyanın baş naziri Keir Starmerlə də görüşü gözlənilir. Starmerin cümə günü Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşü planlaşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?