Estoniyanın sabiq baş naziri Kaya Kallas noyabrın 1-dən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinin icrasına başlayacaq.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.
"Artıq bildiyiniz kimi, Kaya Kallas bizim ali nümayəndəmiz və vitse-prezidentimiz olacaq. Biz geosiyasi qarşıdurmalar və qeyri-sabitlik dövründəyik. Xarici və təhlükəsizlik siyasətimiz bu reallığı dərk etməklə müəyyən edilməlidir", - o qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?