Gundemxeber.az » Dünya » Zatulindən Paşinyanın KTMT ilə bağlı sözlərinə SƏRT CAVAB
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Paşiynanın KTMT ilə bağlı sözlərinə bu cür reaksiya verib: “Onun hər asqırışına reaksiya verməyin mənası yoxdur”.
Gundemxeber.az xarici agentliklərə istinadən xəbər verir ki, Zatulin bu barədə RTVİ kanalına müsahibəsində danışıb.
Deputatın sözlərinə görə, Paşinyan təxminən eyni sözləri illər əvvəllər “heç kimin onu ciddi siyasi fiqur hesab etmədiyi zamanlarda” deyirdi.
“O, marjinal jurnalist idi. Həmin vaxt, Ermənistanın Rusiyadan aralanmalı, KTMT-dən çıxmalı, Gümrüdəki bazanı ləğv etməli olduğunu deyirdi. Bunu o, az adamın dinlədiyi bir müxalifətçi kimi bildirirdi. İndi həmin adam özünə qayıdıb”, - deyə Zatulin qeyd edib.
Gundemxeber.az
9-10-2018, 16:28
7-03-2024, 13:32
20-11-2018, 15:14
22-11-2018, 14:43
17-09-2018, 12:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?