Gundemxeber.az » Dünya » Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır
Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.
Gundemxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Diplomatiya baxımından tamamilə istedadsız bir xadim ki, növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib. Mənim fikrimcə, bu, Rusiyaya qarşı istedadsızlıq və axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi. Amma digər tərəfdən, biz qeyd edirik və dəfələrlə şərh etmişik ki, Qərb ölkələrinin bu region üçün dağıdıcılıqdan başqa bir gündəmi yoxdur”, - o bildirib.
M.Zaxarova əlavə edib ki, Qərb ölkələrinin siyasəti Cənubi Qafqazda sülhün təmin edilməsinə yönəlməyib:
“Onlara lazım olan tək şey bu region ölkələrinin toqquşmasıdır. İnkişafa, problemlərin həllinə kömək etmirlər. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar. Bu da bunun növbəti təzahürüdür”.
XİN-in rəsmi nümayəndəsi həmçinin Ermənistan rəsmilərinin Sejurnenin anti-Rusiya bəyanatlarına reaksiya verməməsinə təəccübünü ifadə edib:
“Düzü, müttəfiqlərimizin, dostlarımızın buna reaksiya verməməsi təəccüb doğurur. Axı, bu, Ermənistanda deyilib. Əgər kimsə dostlarımıza qarşı belə bir ifadə işlətsəydi, belələrini yerində oturtmağa fürsət tapardıq".
Gundemxeber.az
13-09-2024, 14:59
24-07-2024, 21:09
26-02-2016, 12:18
16-12-2020, 19:31
19-11-2020, 16:14
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?