Qəzet yazır ki, partlayışları törətmək üçün İsrail səs siqnallarını işə salıb və ərəb dilində mesaj göndərib ki, bu mesaj Hizbullahın yüksək rəhbərliyindən gəlib.
İsrail Livanda peycerləri partlatmazdan əvvəl, Livan Hizbullah hərəkatının yüksək rəhbərliyindən gələn səs siqnalının müşayiəti ilə onlara ərəb dilində mesaj göndərib. Bu barədə "The New York Times" üç kəşfiyyat və müdafiə mənbəsinə istinadən yazır. Qəzet yazır ki, partlayışları törətmək üçün İsrail səs siqnallarını işə salıb və ərəb dilində mesaj göndərib ki, bu mesaj "Hizbullah"ın yüksək rəhbərliyindən gəlib. Sentyabrın 18-də peycerlər Livanın müxtəlif bölgələrində partladılıb. Livanın səhiyyə naziri Firas Abyad bildirib ki, partlayış nəticəsində 2,8 minə qədər insan yaralanıb, ölənlərin sayı 12-yə çatıb. Onlarla cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hizbullah və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Livanda baş verənləri dəhşətli terror aktı və böyük münaqişəni qızışdırmaq cəhdi adlandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?