Fransa prezidenti Emmanuel Makronun yürütdüyü siyasət və sağ mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir təyin etmək qərarı ilə razılaşmayan 1 000-dən çox insan Parisdə Bastiliya meydanı yaxınlığında etiraz nümayişinə çıxıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Manifest iştirakçıları “Makron, istefa!”, “Lənət olsun Barnye hökumətinə!”, “Seçkilər bizdən oğurlandı!” şüarları səsləndirir. Onların əksəriyyəti aksiyaya solçu siyasi partiyaların, o cümlədən “İtaətsiz Fransa” və solçu qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyasının bayraqları ilə gəlib.
Nümayişçilərin daşıdıqları pankartlar arasında “Beşinci respublikaya son” çağırışları da var.
Aksiyada iştirak edənlərin çoxu gələcək hökumətin, bəzi potensial nazirlərin sağçı siyasətçilərdən və “Respublika naminə birlikdə” prezidentyönlü koalisiya üzvlərindən ibarət olmasından da narazılıqlarını bildirirlər.
Qeyd edək ki, bu gün Fransada ümumilikdə 50-yə yaxın nümayiş keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?