Gundemxeber.az » Dünya » “Hakimiyyəti tənqid başqa şeydir, təhqir başqa” - Peskov
Hakimiyyətə qarşı konstruktiv tənqid zəruri və vacibdir, lakin onu təhqirdən ayırmaq lazımdır.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət məmurunu internetdə açıq şəkildə təhqir etməyə görə cinayət cəzası nəzərdə tutan qanun layihəsini şərh edərkən deyib.
“Tənqid və təhqir fərqli anlayışlardır”, - o, belə bir təşəbbüsün məmurları rahatlaşdıracağı ilə bağlı sualına cavabında deyib.
“Əlbəttə, hökumət tənqiddən azad olmamalıdır və ola da bilməz. Əsas odur ki, bu, xalqın, əhalinin tənqidi fikirləridir. Çünki dövlət məmurları bu insanların xeyrinə işləyir və bu insanlara xidmət edirlər. Onlar işçilərdir, dövlətin qulluqçularıdır”, - Kreml sözçüsü əlavə edib.
GUNDEMXEBER.AZ
9-01-2023, 16:43
15-03-2019, 11:15
22-05-2018, 15:19
26-03-2016, 17:33
9-10-2020, 15:41
Sorğu
Yeni dizaynımız necədir?