Gundemxeber.az » Dünya » ABŞ-da müdhiş proqnoz:6 həftədən sonra 3-cü dünya müharibəsi başlanacaq
ABŞ hərbi dəniz qüvvələri veteranı Cek Posobiyek deyib ki, Amerika prezident seçkilərinin nəticələri planeti III dünya müharibəsinə yaxınlaşdıra bilər.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Ekspert qeyd edib ki, altı həftədən sonra insanların münasib qiymətə ərzağa sahib olub-olmayacağı, yoxsa üçüncü dünya müharibəsinin başlayacağı bəlli olacaq.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlardan vitse-prezident Kamala Harris, respublikaçılardan isə keçmiş prezident Donald Tramp seçkilərdə iştirak edir.
Trampın tərəfdarlarının seçkilərdə əsas zərbəçi təbliğat arqumentlərindən biri budur ki, eks-prezident yenidən Ağ Evə sahiblənsə 3-cü dünya müharibəsinin qarşısını alacaq, seçilməsə, bəşəri fəalkət qaçılmaz olacaq.
14-04-2018, 12:48
14-09-2020, 10:57
5-11-2020, 10:21
3-02-2015, 11:55
29-07-2024, 14:54
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?