Ermənistan Ali Məhkəmə Şurası İrəvanın ümumi yurisdiksiyasının cinayət işləri üzrə məhkəməsinin hakimi Vahe Misakyanın səlahiyyətlərinə xitam verib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, Şura bu gün Ermənistan Ədliyyə nazirliyinin vəsatətini təmin edərək, Vahe Misakyanın intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edib. Ali Şuranın 9 üzvü bu qərarın “lehinə” səs verib.
Xatırladaq ki, sözgedən hakimə qarşı intizam icraatı Vazgen Manukyanın işi üzrə məhkəmə baxışının müddətinin pozulması ilə bağlı prokurorluğun bəyanatı əsasında başlanıb.
Həmin Manukyan hakimiyyəti qəsb etməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlarda ittiham olunurmuş. 2021-ci ilin martında işi qəbul edən hakim Misakyan hökmü 2024-cü ilin iyununda elan edib. O, Manukyanı təqsirli bilib və onu 400 min dram cərimələyib. Bundan əvvəl, bu ilin aprelin 4-də Məhkəmə Şurası hakim Vahe Misakyana şiddətli töhmət verib.
Erməni müxalif medianın iddiasına görə isə, yerli hakimiyyət Vahe Misakyanın Serj Sarkisyana bəraət verməsini bağışlamayıb.
Sorğu
Yeni dizaynımız necədir?