Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin. İlyas Mahmudov 2008-ci ildən vəzifəsinə xitam verilənədək Sumqayıt Şəhər Məhkəməsinin hakimi olaraq çalışıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?