Ayətullah Əli Xameneyinin internet saytında bazar günü bildirilib ki, İranın ali dini rəhbəri İslam Respublikasının düşməni İsrailə raket hücumlarına görə İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandirini mükafatlandırıb.
"Ayətullah Xameneyi "Fəth" ordenini İnqilab Keşikçilərinin Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadəyə təqdim edib” - deyə, məlumatda bildirilib. Saytın məlumatına görə, mükafat "Dürüst vəd" əməliyyatı"nın uğuruna görə" verilib. 62 yaşlı Hacızadə 2009-cu ildə yaradıldığı vaxtdan Qvardiyanın Aerokosmik bölməsinə rəhbərlik edir. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) keçən həftə İsrailin Beyrutda Hizbullah lideri Həsən Nəsrallah və qvardiyanın yüksək rütbəli generalı Abbas Nilforuşanın öldümü ilə nəticələnən hava hücumuna cavab olaraq, İsrailə 200-ə yaxın raket zərbəsi endirib. Bu, İranın Dəməşqdə İran konsulluğuna Tehranın İsraili günahlandırdığı ölümcül hücuma cavab olaraq, aprel ayında raket və dron hücumundan sonra altı ayda İsrailə ikinci birbaşa hücumu idi. İsrail çərşənbə axşamı İranın raket hücumundan sonra cavab verəcəyini vəd edib. Bu cavabın dəqiq xarakteri hələ məlum deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?