"Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib, Ukrayna cəbhəsindəki mövqelərini zəiflədib".
Gundemxeber.az xəbər verir ki, bunu oktyabrın 10-da telemarafon zamanı yayımlanan sənədli filmdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski bildirib.
Komandan qeyd edib ki, Rusiya komandanlığı bu qüvvələri düşmənin hücum əməliyyatlarının aparıldığı digər cəbhələrdən köçürüb.
"Biz bilirik ki, başqa istiqamətlərdən 50 minə yaxın hərbçi Kursk istiqamətinə köçürülüb", deyə Sırski bildirib.
General onu da qeyd edib ki, Rusiya qüvvələrinin Kursk vilayətinə köçürülməsi ilə əlaqədar digər istiqamətlərdə, xüsusilə Zaporojye, Xerson vilayətlərində və cəbhənin Kramatorsk sektorunda düşmən qruplarının zəifləməsi müşahidə olunub.
"Bu, əlbəttə ki, müdafiə əməliyyatı keçirməyimiz üçün şəraiti asanlaşdırdı”, deyə baş komandan yekunlaşdırıb.
"Bloomberg"in daha əvvəl yazdığı kimi, Ukrayna Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri bir neçə ay, hətta daha uzun müddətə saxlaya biləcək. Rusiya qüvvələri əsasən Ukraynanın şərqindəki əməliyyatlara diqqət yetirərək yalnız məhdud əks-hücumlar həyata keçirib.
Eyni zamanda, sentyabrın 10-da "DeepState" analitikləri Rusiya qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin Kursk qrupunun sol cinahından keçdiyini bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?