ABŞ Müdafiə Nazirliyinin ən böyük podratçısı “Raytheon Technologies Corporation”ın (RTX) törəmə şirkəti olan “Raytheon” dələduzluq və korrupsiya işi üzrə 950 milyon dollardan çox cərimə ödəyəcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Ədliyyə Nazirliyinə istinadən bildirib.
Məlumata görə, iqtidar “Raytheon”u dövlət müqavilələrinin qiymətlərini şişirtməkdə, ABŞ Müdafiə Nazirliyinə ikiqat hesab-faktura təqdim etməkdə və silahların qanunsuz ixracında ittiham edib.
Qeyd olunub ki, şirkət Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA), Silah İxracına Nəzarət Aktının (AECA) və Beynəlxalq Silah Ticarəti Qaydalarının (ITAR) maddələrini pozub. Xüsusilə şirkət silahların xaricə ixracı məqsədilə Qətərdə bir məmurun rüşvət almasında iştirak edib, həmçinin iki əməliyyat zamanı ABŞ Müdafiə Nazirliyinə yanlış məlumat verib. Bunlardan biri “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü, digəri isə radar stansiyasının dəstəklənməsi ilə bağlı olub.
Söhbət 2009-2020-ci illər arasında bağlanmış çoxsaylı müqavilələrdən gedir. Nyu-Yorkda keçirilmiş məhkəmə iclasında RTX nümayəndələri üç ittihamdan ikisində günahlarını etiraf etməyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?