ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahunu HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın zərərsizləşdirilməsi münasibətilə təbrik edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti rəhbərinin Dəftərxanası məlumat yayıb.
"ABŞ Prezidenti İsrail Müdafiə ordusunu əla əməliyyata görə təriflədi", - açıqlamada deyilir.
Netanyahu və Bayden Qəzza zolağında radikalların saxladığı girovların sərbəst buraxılmasını sürətləndirmək üçün fürsət olduğunu qəbul ediblər və bu məqsədə çatmaq üçün birlikdə çalışmağı razılaşdırıblar.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?