Gundemxeber.az » Dünya » “Ağ Ev anlamışdı ki, Ukraynada ilişib” - Bayden müharibənin ilk vaxtlarında Sallivana nə deyib?
Ağ Ev hələ 2022-ci ildə anlamışdı ki, Ukraynadakı müharibədə ilişib.
GUNDEMXEBER.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu tanınmış amerikalı jurnalist Bob Vudvord özünün böyük səs-küyə səbəb olan “Müharibə” kitabında yazıb.
Kitabda bir sıra Amerika siyasətçilərinin şəxsi söhbətləri əks etdirilib. Bildirilir ki, 2022-ci ilin noyabrında Prezident Co Bayden və onun müşaviri Ceyk Sallivan arasında Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı söhbət olub: “Əgər biz Rusiyanı Ukrayna ərazisindən tamamilə sıxışdırıb çıxara bilməsək, o zaman müəyyən dərəcədə Putinə öz məqsədlərinə çatmasına imkan verəcəyik. Biz onu sıxışdırıb çıxarmağa nail olsaq, nüvə müharibəsinin başlanması riski ilə üzləşəcəyik. Putin nüvə silahından istifadə etmədən buna imkan verməyəcək. Beləliklə, biz çıxılmaz vəziyyətdəyik. Həddindən artıq müvəffəqiyyət nüvə riski, çox kiçik uğurlar isə gözlənilməz uzunmüddətli nəticələr deməkdir”
Vudvord bunları Baydenin söylədiyini bildirib.
Beləliklə, müəllifin qeyd etdiyinə görə, ABŞ rəhbərliyi üçün münaqişənin ən arzuolunan nəticəsi Putinlə münaqişənin dondurulması ilə bağlı razılaşmaq və Rusiyada daxili dəyişiklikləri gözləməkdir.
GUNDEMXEBER.AZ
27-12-2022, 15:52
13-03-2024, 17:30
15-09-2017, 12:15
13-03-2013, 10:44
9-10-2018, 10:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?