NATO-dakı müttəfiqlərini qorumaq zərurəti yaranarsa, ABŞ Rusiyaya qarşı hərbi güc tətbiq etməyə hazırdır.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri 2011-2013-cü illərdə ABŞ-ın müdafiə naziri olmuş Leon Panetta bildirib .
Onun sözlərinə görə, Vladimir Putinin başa düşdüyü yeganə arqument gücdür: "Ona görə də Moskva ilə danışıqlar aparmaq üçün güc tətbiq etmək lazımdır. Biz ona başa salmalıyıq ki, biz heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Ukraynaya İsrailin istifadə etdiyi Dəmir Qübbənin ekvivalenti verilməlidir".
ABŞ-ın keçmiş müdafiə naziri Putinin nüvə silahından istifadə etmək qərarına gələcəyinə inanmadığını bildirib: "ABŞ açıq şəkildə bildirdi ki, hadisələrin müxtəlif versiyaları üçün planları var. NATO və ABŞ döyüş meydanında Rusiya və digərlərinə qarşı mübarizə aparmaq üçün ən müasir silahlara, ən böyük hərbi imkanlara, pilotsuz təyyarələrə, rabitə vasitələrinə, texnologiyaya malikdir. Kibermüharibə və ya digər yeni texnologiyalardan bizim qüvvələrimiz lazım gələrsə istifadə etməkdən çəkinməyəcək".
Sorğu
Yeni dizaynımız necədir?