Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.
Gundemxeber.az xəbər verir ki, məlumatı “HaberGlobal” yayıb.
F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.
Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2015-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.
Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?