Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır, ancaq bərabər və qarşılıqlı hörmət əsasında.
Gundemxeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i Faktı" nəşrinə müsahibəsində deyib.
“Biz Amerika xalqının seçdiyi istənilən administrasiya ilə işləməyə hazırıq, ancaq qarşılıqlı hörmət və bərabərlik əsasında. ABŞ-dəki seçki mübarizəsini izləyirik. Biz heç vaxt dialoqdan əl çəkməmişik”, - nazir əlavə edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?