Vaşinqton özünün antirusiya siyasətini Avropa ölkələrinin hesabına həyata keçirir.
Bunu İtaliyanın “Libero” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
“Bu gün aydındır ki, Vaşinqtondan alınan göstəriş əsasında Brüssel bürokratlarının başlatdığı sanksiyalar Avropanın yerli istehsalçılarına zərbə vurub. Onlar Rusiya bazarında öz mövqelərinin bir hissəsini itiriblər və böyük zərərlərə məruz qalmaqda davam edirlər. Amerika isə zərərə məruz qalmayıb. Belə çıxır ki, antirusiya hədəflərini Amerika elitası avropalıların hesabına gerçəkləşdirmək istəyir”, - Lavrov bildirib.
O, həmçinin Krım məsələsinin Rusiya üçün həmişəlik bağlandığını da söyləyib:
“Krım Rusiyanın tərkibində qalacaq. Burada söhbət Krım əhalisinin azad, demokratik iradəsindən gedir. Bu anneksiya nəticəsində yarımada əhalisi vətəndaş müharibəsinin dəhşətlərindən qaça bilib”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?