Bu gün səhər saatlarında FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ölüm xəbəri yayılıb. Fətullah Gülənin ölüm xəbəri ilk başda şübhə doğursa da, sonradan məlumat təsdiqlənib. Türkiyə XİN rəhbəri Hakan Fidan da onun öldüyünü bildirib.
Fətullah Gülən müalicə aldığı xəstəxanada ölüb. İndi isə çoxlarını maraqlandıran sual Fətullah Gülənin yerinə kimin gələcəyidir.
Gundemxeber.Az xəbər verir ki, CNN-in canlı yayımında açıqlama verən Hande Fırat bildirib ki, təkcə Afrikadakı məktəblərdən illik 200-250 milyon dollar axın var. Onun dediyinə görə, bu qədər pulu idarə edəcək şəxsin kimliyinə ABŞ qərar verəcək.
ABŞ-nin Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin ölümündən sonra onun yerinə gətiriləcək şəxslər sırasında Mustafa Özcanın adı çəkilir. O, Fətullah Gülənin İstanbul məsələləri üzrə yardımçı imamı olub.
Fətullah Gülənin yerini alacaq şəxslər sırasında ikinci şəxs kimi "Büyük abi" adı ilə tanınan İsmail Büyükçelebinin adı çəkilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?