GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qərbin Ukrayna üçün güzəşt limiti - yollar İstanbula aparır

Qərbin Ukrayna üçün güzəşt limiti - yollar İstanbula aparır

Tarix: 23-10-2024, 12:28 Bölmə :Dünya Baxış: 180

Berlin və Ankara müharibəni dayandırmaq yollarını araşdırmaq üçün birgə səylər göstərir


Ötən həftəsonu Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı maraqlı bir açıqlama verdi. Kreml başçısı münaqişəyə sülh yolu ilə son qoymaq üçün dialoq aparmağa, lakin bunu ancaq İstanbul razılaşmaları əsasında etməyə hazır olduğunu söylədi.

Putinə görə, Ukrayna ilə bağlı konfrans üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanının əleyhinə deyil, amma məsələ “nəyi müzakirə etməkdir”. Rusiya prezidenti hesab edir ki, Kiyev əvvəlcə Rusiya ilə danışıqları qadağan edən dekreti ləğv etməlidir.

Onun sözlərinə görə, Rusiya Ukraynada sülh yolu ilə nizamlanmanı istəyir, o cümlədən öz əsgərlərini düşündüyü üçün: “Rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri (? - red.) uğrunda döyüşürlər. Rusiya silahlı mübarizəni davam etdirməyə hazırdır”.

Lakin o, Ukraynada “bir həftəlik, iki və ya bir illik atəşkəsə” qarşıdır. Putinin fikrincə, dayanıqlı sülh üçün şərait lazımdır.

Maraqlıdır ki, məhz bu ərəfədə Almaniya kansleri Olaf Şolst Türkiyəyə səfər edib. Onun prezident Ərdoğanla İstanbulda müzakirə etdiyi mövzular arasında Ukrayna məsələsi də olub. 

Görüşdən sonra kansler Berlin və Ankaranın Ukrayna müharibəsini dayandırmaq yollarını araşdırmaq üçün birgə səylər göstərdiyini açıqlayıb. Şolts vurğulayıb ki, həm Almaniya, həm də Türkiyə Ukraynanın yanında yer alır, lakin eyni zamanda münaqişənin daha da uzanmaması üçün həll yollarını araşdırmağa çalışır.

Bəs Qərb (Böyük Britaniya) tərəfindən reallaşmasına imkan verilmədiyi deyilən İstanbul razılaşmasına qayıtmaq mümkünmü?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, bütün müharibələr enində-sonunda sülh danışıqları ilə nəticələnir: “Bu mənada Rusiya ilə Ukrayna arasındakı münaqişənin də danışıqlar masasında həll olunmasının başqa alternativi yoxdur. Hazırda Rusiya döyüş meydanlarında bəzi konkret uğurlar əldə etsə də, bu başarılarına çox güvənməməli və sülh gündəliyini açıq tutmalıdır. Putinin son açıqlamaları bu mənada təsadüfi görünmür. Bununla belə, istənilən sülh danışıqları ədalətli prinsiplərə söykənməli, hər iki tərəf danışıqlar masasında qalib ayrıldığını düşünməlidir. Əks halda, tərəflərdən birinin mütləq qələbəsi ilə nəticələnən sülh danışıqları heç bir effekt verməz, qısa müddətdən sonra məğlub durumuna düşən tərəfdə revanşist duyğular qabarar və bu da nəticədə daha ağır qarşıdurmalara yol açar. Necə ki, I Dünya müharibəsindən ağır öhdəliklərlə ayrılan Almaniya cəmi 20 il bu biabırçılığa dözə bildi, revanşizmdən qidalanan faşizm düşüncəsi hakimiyyətə gəldi və milyonlarla insanın həyatı bahasına başa gələn II Dünya müharibəsi başladı. Bu gün Rusiya da eyni tələyə düşməməli, Ukrayna ilə sülh masasında birtərəfli qazancını güdəcək halda oturmamalıdır. Əks halda, özünün də tükənməsi ilə nəticələnən müharibəni dayandırmaq mümkün olmayacaq”.

 Heydər Oğuzun fikrincə, Putinin “rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri (? - red.) uğrunda döyüşürlər” kimi maksimalist mövqeyi, nə yazıq ki, sülhə xidmət etmir: “Ukraynanın bu mövqe ilə razılaşmaq ehtimalı yoxdur. Bu isə istər-istəməz müharibənin davam etdirilməsini şərtləndirir”.

Müharibənin ilk  ayında İstanbulda keçirilən danışıqların gizlinlərinin açıqlanmadığını xatırladan siyasi şərhçi, bununla belə, ictimaiyyətə sızdırılan məlumatların heç də Putinin söykəndiyi prinsiplərdən əsaslı şəkildə fərqləndiyini düşünür: “Bir sıra xarici media qurumlarının iddialarına inansaq, İstanbul prinsipləri Ukrayna torpaqlarının tamamilə ilhaqını nəzərdə tutmurdu. Əksinə, Rusiyanın hazırda öz torpaqları saydığı ilhaq olunmuş ərazilərdə Ukraynanın suverenliyi bu və ya digər şəkildə tanınırdı. Krımda isə 20 il ərzində stabilləşmə, ondan sonra referendum keçirilməsi planlaşdırılırdı. Baxmayaraq ki, bu da ədalətsiz şərt idi, bununla belə, bəlkə də tərəflər arasında hansısa orta məxrəc qurmaq mümkün idi. İndi isə Putin ilhaq olunmuş ərazilər mütləq mənada Rusiyanın torpaqları sayır və bu ön şərtlər altında müzakirələrə başlamaq istəyir. Sözsüz ki, Ukrayna tərəfinin bu şərtləri qəbul etməsi qeyri-mümkündür”.

Putinin öz şərtlərini irəli sürərkən ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini, Avropada rəsmi Kiyevi sevindirməyən ictimai rəyin formalaşmasını, Ukrayna ordusunun yorğunluğunu və s. kimi amilləri göz önündə tutduğunu bildirən Heydər Oğuz bu kimi hesabların yanıldıcı ola biləcəyinə inanır: “Məsələ burasındadır ki, Avropa və ABŞ-ın da Ukrayna üçün müəyyənləşdirdiyi bir güzəşt limiti var. Zənnimcə, bu limit kapitulyasiya həddində deyil. Qərb dövlətləri Ukraynanın tam məğlubiyyətini qəbul etməzlər. Bu onların öz təhlükəsizlik arxitekturasına da ziddir. Məlumdur ki, Qərb ölkələri Ukraynaya öz təhlükəsizliklərinin bufer zonası kimi baxırlar. Ukrayna Rusiya qarşısında məğlub vəziyyətə düşərsə, bu təhlükəsizlik arxitekturası da dağılar, Avropanın II Dünya müharibəsindən sonra qurduğu rifah və stabillik strategiyası tamamilə çökər. İşğal iştahası artan Rusiyanın digər Qərb ölkələrinin ərazilərinə iddiaları ortaya çıxar. Bu mənada kollektiv Qərbin Putinin ədalətsiz sülh anlayışını qəbul etməsi  böyük hərbi strateji səhv olardı”.

Heydər Oğuz ABŞ-da Trampın hakimiyyətə gəlməsinin də Rusiya üçün xilas kəməri olmayacağını düşünür: “Trampın bundan əvvəlki hakimiyyətinə nəzər salsaq, görərik ki, o, bir sıra məsələlərdə istədiyi kimi davrana bilməmişdi. ABŞ dərin dövləti Rusiya ilə mehriban münasibətlər qurulmasına imkan verməmişdi. Tramp Pentaqonla aralarında yaşanan təzadlı mövqeyindən dəfələrlə geri çəkilməli olmuş, hətta öz komandasının aparıcı fiqurlarını belə dəyişmək məcburiyyətində qalmışdı. Onun sonuncu dövlət katibi Mayk Pompeo Rusiyanın enerji siyasətinin ən qatı düşməni kimi tanınmış, milli təhlükəsizlik müşaviri Con Bolton hazırda belə Rusiya əleyhidarı mövqeyi ilə seçilir. Trampın yenidən hakimiyyətə gəlməsi ehtimalında ABŞ-ın milli maraqlarından kənara çıxması yenə də inandırıcı görünmür. Üstəlik, onun hakimiyyətə gəlib-gəlməyəcəyi belə bəlli deyil”.

Heydər Oğuz onu da xatırlatdı ki, ABŞ-ın rəhbərliyi altında NATO qüvvələri vaxtaşır Baltik dənizində böyük hərbi təlimlərdən çəkinmir, Rusiya ilə savaş ssenarilərini gözdən keçirir: “Hərbi təlimlər, sadəcə, kimisə qorxutmağa xidmət etmir. Əksər hallarda bu cür təlimlər müharibəyə hazırlıq kimi qiymətləndirilir. Ukrayna-Rusiya savaşında Qərb dövlətləri arzuladıqları hədəfə çatmasalar, həqiqətən də müharibənin açıq tərəfi ola bilərlər. Ən əsası Rusiya üçün Gürcüstanda, Moldovada və Yapon dənizində yeni cəbhələrin açılması ehtimalı da istisna deyil”.

Həmsöhbətimizin fikrincə, Rusiya özünü və Ukrayna kimi yaxın qonşusunu qlobal güc mərkəzlərinin poliqonuna çevirmədən savaşı bitirmək barədə düşünməli, zorla deyil, yumşaq gücü ilə regiondakı mövqeyini sabitləşdirməlidir: “Bu da təbii ki, ədalətli sülh planı ilə mümkündür”./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zelenskinin Ofisi Putinin təklifini reallıqdan uzaq adlandırıb

    Zelenskinin Ofisi Putinin təklifini reallıqdan ...

    18-06-2024, 12:40

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi insidenti ilə bağlı ilk açıqlama verib

    Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi ...

    29-11-2018, 14:54

  • 
  • Makron və Putin Ukraynada durumu müzakirə edib

    Makron və Putin Ukraynada durumu müzakirə edib ...

    9-09-2019, 15:32

  • 
  • Zelenskidən Putinə cavab: "Ukrayna baş əyməyəcək"

    Zelenskidən Putinə cavab: "Ukrayna baş ...

    29-04-2019, 15:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu