Gundemxeber.az » Dünya » ABŞ bu səbəbdən Rusiyanın arxa cəbhəsinə zərbələr endirməyə icazə vermir -RƏSMİ
“ABŞ Ukraynaya Amerikanın uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə vermir”.
GUNDEMXEBER.AZ bildirir ki, bu sözlər ABŞ-ın müdafiə naziri Lloyd Ostinin dilindən “Fox News”a müsahibəsində səslənib.
Onun sözlərinə görə, Rusiya ordusu artıq döyüş təyyarələrini cəbhə xəttindən 300 km-dən çox məsafəyə yerləşdirib. Yəni həmin təyyarələr ATACMS raketlərinin əhatə dairəsindən kənarda yerləşirlər.
Digər səbəb isə Ukraynanın ABŞ raketləri olmadan da Rusiya xətlərinin arxasındakı hədəfləri vurmaq qabiliyyətinə malik olmasıdır.
Lloyd Ostin sərhəddən 400 km və hətta daha uzaq məsafədə yerləşən hədəflərə hücum edə bilən Ukrayna pilotsuz təyyarələrini xatırladıb.
Bununla birlikdə, Ostin Rusiya hakimiyyətinin təhdidlərini imtinanın səbəbləri arasında qeyd etməyib.
Lloyd Ostin Ukraynanın mümkün qələbəsi haqqında bu sözlərdən istifadə edib:
“Ukraynanın öz ərazisini qoruya bilən və gələcək təcavüzün qarşısını ala bilən suveren dövlət kimi qorunub saxlanılması”.
“Bu sözlər UKraynanın beynəlxalq səviyyədə tanınan bütün ərazisi üzərində nəzarətinin bərpasını nəzərdə tuturmu?” sualına Ostin dəqiq cavab verməyib.
GUNDEMXEBER.AZ
2-04-2021, 14:43
11-09-2024, 23:45
7-03-2023, 14:34
7-08-2024, 20:36
25-01-2014, 14:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?