Gundemxeber.az » Dünya » BMT həbsdə olan güney azərbaycanlı vəkilin səhhətindən narahatdır
BMT həbsdə olan Güney Azərbaycandan olan vəkil Tahir Nəqəvinin səhhətindən narahatdır.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lavlor bildirib.
Onun sözlərinə görə, Evin zindanında saxlanılan hüquqşünas və ictimai fəal Tahir Nəqəvinin səhhəti narahatlıq doğurur.
Meri Lavlor sosial şəbəkə səhifəsində yazıb: “Vəkil Tahir Nəqəvi xəstəxanada müalicə olunmur. O, təhlükəli məhbusların saxlanıldığı yerdə yerləşdirilib. Bu, onun təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır. İran hökuməti onun təhlükəsizliyi üçün zəmanət verməlidir”.
Qeyd edək ki, ötən günlərdə Tahir Nəqəvi həbsxana paltarı geyinməyə və qandal taxmağa qarşı çıxdığı üçün xəstəxanaya göndərilməyib.
Gundemxeber.az
6-10-2013, 01:11
11-08-2017, 16:58
30-01-2019, 12:14
18-04-2017, 09:47
21-04-2020, 14:53
Sorğu
Yeni dizaynımız necədir?