İsrail hərbçiləri Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı “Hizbullah”ın elit bölməsi olan “Əl-Hacı Radvan Qüvvələri”nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada “Əl-Hacı Radvan Qüvvələri” bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.
Qeyd olunub ki, Şahadinin öldürülməsi “Əl-Hacı Radvan Qüvvələri”nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addımdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?