GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”

“Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”

Tarix: 24-12-2013, 23:17 Bölmə :Dünya Baxış: 581
“Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”
Dünya liderləri bir-birinin ardınca 2014-cü il Soçidə keçiriləcək qış Olimpiya oyunlarına getməkdən imtina edir. “ Газета.Ru” rus Olimpiya oyunlarını boykot edən edən siyasətçilərin siyahısını təqdim edir.

Bu günlərdə ABŞ prezidenti Barak Obama 2014-cü il Soçidə keçiriləcək qış Olimpiya oyunlarına getməkdən imtina edib. Amerika Birləşmiş Ştatları lideri iş qrafikinin dolu olmasını bəhanə gətirib və bəyan edib ki, oyunlara getməmək qərarı Rusiyada qüvvədə olan homoseksualizm təbliğatına qadağa ilə bağlı qanunla əlaqədar deyil.

“Özünüz nəticə çıxara bilərsiniz. Biz insanları seksual oriyentasiyasına görə yox, idman meydanları və onlardan kənardakı əməllərinə görə mühakimə edirik, - İTAR-TASS Obamanın sözlərini misal gətirir. - ABŞ nümayəndə heyətinə görkəmli amerikalılar və yaxşı idmançılar daxildilər”.

Amerika nümayəndələrinin arasında sabiq fiqurist Brayan Boytano, eks-tennisçi Billi Cin Kinq və xokkeyçi Keytlin Keyhou var – hamısı qeyri-ənənəvi seksual oriyentasiyası ilə məşhurdur.

“Homoseksual olmağım mənim yalnız bir hissəmdir, - Boytano The Washignton Post-a verdiyi müsahibəsində deyib. - Hər şeydən öncə mən amerikalı idmançıyam. Müxtəlifliyi, səmimiliyi və tolerantlığı müdafiə edən ölkədə yaşadağım üçün fəxr edirəm. Bir idmançı olaraq, ümid edirəm ki, diqqətimizi dünya xalqlarını birləşdirən olimpiya ruhuna cəmləyə biləcəyik”.

Nümayəndə heyətinin ərizəsində nə birinci xanım Mişel Obamanın, nə ABŞ vitse-prezident Cozef Baydenin, nə prezident administrasiyasının rəhbəri Denis Makdonounun adı var. Amerikalılara sabiq milli təhlükəsizlik naziri, 2012-ci ildə Forbes jurnalının nəticələrinə görə planetin 100 ən nüfuzlu insanı arasında doqquzuncu yer tutan Canet Napolitano başçılıq edəcək.

“Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”Fransa prezidenti Fransua Olland da fevralda Soçiyə getməyənlərin siyahısındadır. Prezident getməməyinin səbəbini də izah etməyib, hər şeyi xarici işlər naziri Loran Fabiusun üstünə atıb.

“Nə mənim, nə də prezidentin Soçiyə getmək planımız yoxdur. Aparıcı məmurların da belə bir fikri yoxdur”, - Reuters məmurun sözlərini çatdırıb.
Fabius, həmçinin Fransanın birinci şəxslərinin Soçi Olimpiyadasını boykot etmələri ilə əlaqədar məlumat verməkdən imtina edib. Fransa nümayəndə heyətinə bu yaxınlarda braziliyalı hücumçu Ronaldo ilə portuqaliyalı hücumçu Kriştiano Ronaldonu səhv salan idman naziri Valeri Furneyron başçılıq edəcək.

“Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”Soçidəki oyunlara getməkdən imtina edən üçüncü mötəbər dünya lideri Böyük Britaniyanın baş naziri Devid Kemeron oldu. Britaniyanın baş naziri 2012-ci il Londonda keçirilmiş yay Olimpiya oyunlarına Rusiya prezidenti Vladimir Putinin getməsinə baxmayaraq Soçiyə səfər etməyə vaxt ayırmaq istəmədi.

“Baş nazir diplomatiya və qarşılıqlı təsir siyasətinə inanır. O boykot və jestlərin köməyi ilə çox şey əldə olunacağına inanmır”, - The Independent Kemeronun nümayəndəsinin sözlərini çatdırıb.

İngilis jurnalistləri onu da yada salıblar ki, Britaniyanın baş nazirləri nadir halda qış Olimpiya oyunlarında iştirak edirlər. Səbəb kimi bu ölkənin milli komandasının qış idman növlərində nadir halda medal iddiasında olduqları göstərilir. Böyük Britaniyanın nümayəndə heyətinin son tərkibi hələ müəyyənləşdirilməyib, ancaq məlumdur ki, ora incəsənət və idman nazirləri qatılacaq.

“Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”Soçidəki oyunları boykot etdiyini açıq elan edən Litvanın prezidenti Dalya Qribauskayte oldu. Litvalı prezident səbəb kimi Rusiyada insan haqlarının pozulmasını və Kreml tərəfindən Litvayaya tətbiq edilən iqtisadi sanksiyaları göstərib.

“İnsan haqlarının pozulması, həmçinin Litva da daxil olmaqla Şərq tərəfdaşları ilə əlaqə və münasibətlər, Litvaya tətbiq olunan iqtisadi sanksiyalar Soçiyə getmək üçün siyasi şəraitin olmamasını göstərir”, - Qribauskayte BNS-ə müsahibəsində deyib.

Xatırladaq ki, rus enerji şirkəti “Qazprom” 2010-2011-ci illərdə Litvaya göndərilən qazın qiymətində endirim etməkdən imtina etdi, lakin qonşuları Latviya və Estoniya üçün yanacağın qiymətini aşağı saldı. Cari ilin oktyabr ayında isə Rusiya Litva daşıyıcılarına nəzarəti sərtləşdirdiyindən sərhəddə yük maşınlarının uzun növbələri yarandı. Şərait düzəlməyə macal tapmamışdı ki, Rusiya Federasiyasının sanitar-epidemioloji nəzarət idarəsi Litvadan Rusiya bazarlarına böyük süd şirkətlərinin məhsullarının girişinə qadağa qoydu.

“Rusiyada Azlıqların Hüquqları Pozulduğu Müddətcə Soçiyə Getməyəcəm”Almaniya prezidenti Yoahim Qaukun Soçiyə səfərdən imtina etməsi haqda dekabrın əvvəlində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məlumat verib. Alman siyasi xadimi tutarlı səbəb səsləndirmədi, ancaq dedi ki, “hələ rəsmi səfərdə olmadığı bir ölkəyə gedə bilməz”. 23 mart 2012-ci ildə baş tutan innaqurasiyadan sonra Qauk Rusiyaya səfər etməyib. Halbuki həmin ilin iyun ayında Moskvaya səfər planlaşdırılırdı. Lakin səfər guya iş cədvəli ilə düz gəlmədiyinə görə baş tutmadı.

Almaniya KİV-i öz növbəsində xatırladır ki, əvvəllər o, müxalifətçilərin təqib olunması və insan haqlarının pozulmasına görə tez-tez Kremli tənqid edirdi.
Prezidentin Soçiyə getməmək qərarı hələkik oyunlara səfəri haqda rəsmi bəyanat verməyən Almaniyanın kansleri Angela Merkeli artıq özündən çıxarıb. Kansler hesab edir ki, Qaukun Olimpiyadaya getməməsi digər çoxsaylı dünya liderlərinin oyunları boykot etməsinə gətirib çıxara bilər.

Komissar Vivian Redinq də Qribauskayte kimi siyasi səbəblərə görə Soçi səfərindən imtina etməsini açıq elan edən məmurlardan oldu. Redinqin sosial şəbəkədəki səhifəsinə baxmaq kifayətdir.

“Rusiya qanunvericilik orqanları azlıqların hüquqlarını pozduğu müddətcə qəti şəkildə Soçiyə getməyəcəm”, - Vivian öz tvitterində yazıb.

Əlbəttə, bu 1980-cı ildə Moskvada keçirilən, 65 ölkədən olan idmançıların iştirak etmədiyi Olimpiya oyunlarının boykotuna bənzəmir. Lakin tədricən Soçiyə getməkdən imtina edən dünya siyasətçilərinin sayının artması narahat olmaq üçün səbəbdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskva 2014-cü il Qış Olimpiya estafetinə start verdi

    Moskva 2014-cü il Qış Olimpiya estafetinə start ...

    9-10-2013, 00:49

  • 
  • Fransa prezidenti də Putinin olimpiadasını boykot etdi

    Fransa prezidenti də Putinin olimpiadasını boykot ...

    15-12-2013, 18:51

  • 
  • Soçi olimpiadasının açılış mərasimi başladı - (Canlı)

    Soçi olimpiadasının açılış mərasimi başladı - ...

    7-02-2014, 20:51

  • 
  • Soçi Olimpiadasına 4 idmançı ilə

    Soçi Olimpiadasına 4 idmançı ilə ...

    1-02-2014, 00:48

  • 
  • Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında iştiraka hazırdır

    Ermənilər Bakıda keçiriləcək I Avropa Olimpiya ...

    10-10-2014, 17:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu