Böyük Britaniya kralı III Çarlz kiçik qardaşı şahzadə Endryuya illik texniki ödənişlərin dayandırılmasını əmr edib. Bu barədə "Daily Mail" məlumat yayıb. İndi York hersoqu bundan sonra şəxsi xərcləri üçün 1 milyon funt-sterlinq (təxminən 2.1 milyon manat - red.) eləcə də təhlükəsizlik üçün əlavə vəsait almayacaq. Bildirilir ki, kral şahzadə Endryunun Vindsordakı "Royal Lodge" adlı iqamətgahından köçməsini istəyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?