“Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında qeyd edib.
“Mən sövdələşmə təklif edəcəyəm”, “Mənim əla münasibətlərim var...” kimi sözlər ifadə edən Tramp da bütün sistem qaydalarına riayət etmək məcburiyyətində qalacaq. O, müharibəni dayandıra bilməyəcək. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Və əgər həqiqətən cəhd etsə, o, yeni Kennedi ola bilər (Con Fitsgerald Kennedi, 1963-cü ildə sui-qəsd nəticəsində öldürülmüş ABŞ-nin 35-ci prezidenti)” – Medevdev bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?