Gundemxeber.az » Dünya » Gürcüstan Avropaya inteqrasiya xəttini qoruması üçün nə etməlidir?
Əgər respublika Avropa İttifaqı istiqamətində öz kursunu saxlamaq istəyirsə, Avropa İttifaqının Gürcüstan hakimiyyətinin konkret addımlarına ehtiyacı var.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefon danışığından sonra deyib.
“Mən indicə prezident Zurabişvili ilə danışdım. Seçkidən sonrakı vəziyyət həyəcanlı olaraq qalır. Əgər Gürcüstan Aİ-yə doğru strateji kursunu davam etdirmək istəyirsə, bizə rəhbərlikdən konkret addımlar lazımdır”, - o, X sosial şəbəkəsində yazıb.
Ursula fon der Leyen Gürcüstanın konkret olaraq hansı addımları atmalı olduğunu, güman ki, prezident Zurabişviliyə deyib, sadəcə, media üçün açıqlamayıb. Bununla belə sirr deyil ki, avropalı liderlər Gürcüstan parlamentinin bir müddət əvvəl qəbul etdiyi xarici agentlər və cinsiz azlıqlar haqqında qanunlar ləğv etməsini nəzərdə tuturlar.
GUNDEMXEBER.AZ
29-11-2018, 14:47
23-09-2024, 12:50
28-02-2019, 14:36
26-08-2019, 11:31
15-02-2019, 17:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?