GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ən çox bu ölkələrdən gələn diplomlar tanınmadı - səbəblər

Ən çox bu ölkələrdən gələn diplomlar tanınmadı - səbəblər

Tarix: 5-11-2024, 23:33 Bölmə :Dünya Baxış: 147


Ekspert qeyd eddiplomların tanınmaması problemləri arasında qiyabi təhsil də xüsusi əhəmiyyət kəsb edir

Oktyabr ayı üzrə xaricdə təhsil alan 665 müraciətçidən 540 nəfərin diplomu tanınıb, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə beş, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə bir, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə bir, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə bir, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə bir, qısaldılmış proqram səbəbilə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərdə isə Ukraynadan 208, Rusiyadan 203, Türkiyədən 135, Belarusdan 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, ABŞ-dən 9, Almaniyadan 5, Qazaxıstandan 3, Çindən 3, İtaliyadan 3, Macarıstandan 3, İspaniyadan 2, İsveçdən 2, İrandan 1, Kanadadan 1, Şimali Kiprdən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızdan müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslardan isə hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.

Bəs xarici diplomlar hansı səbəbdən tanınmır? Niyə tələbələr daha çox Ukrayna universitetlərinə müraciət edir?

Kamran Əsədov: “Növbəti tədris ilindən plan yerlərinin sayı artırılmalıdır,  çünki...”

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Azərbaycanda xarici universitetlərin diplomlarının tanınmaması məsələsi xaricdə təhsil alanların ciddi maliiyə itkisinə səbəb olur və təhsildə qlobal inteqrasiyanı çətinləşdirir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin oktyabr ayı üzrə hesabatına görə, diplomların tanınmaması hallarının əsas səbəbləri arasında tələb olunan tədris yükünü yerinə yetirməmək, akkreditasiyasız universitetlərdən alınan diplomlar və qiyabi təhsil kimi problemlər göstərilir. Bu vəziyyət tələbələrin əziyyət çəkdiyi, dövlətin isə gənc kadrların mütəxəssis olaraq hazırlığında əngəllərlə qarşılaşdığı bir problem yaradır. Məsələyə dünya təcrübəsi ilə baxdıqda bizdə diplomların tanınma qaydasının hələ də çətin prosedur olduğunu görürük.

Azərbaycanda ən çox müraciət Ukraynadan gəlir. Bu ölkədə son illərdə baş verən siyasi və iqtisadi vəziyyət, Azərbaycanlı tələbələrin Ukraynaya müraciətlərində artım yaradıb. Bir sıra tələbələr təhsil prosesində asanlıq və maliyyə baxımından əlverişli şərtlər əldə etdikləri üçün Ukraynada təhsil alırlar. Lakin burada təhsil aldığı müddətdə tələbələrin tam gün dərslərə qatılmaması, onlayn və ya qısaldılmış proqramlar vasitəsilə diplom almağa çalışması kimi hallar sonradan həmin diplomların Azərbaycanda tanınmamasına səbəb olur. Təhsil müddətində ölkədən uzun müddət kənarda olmamaları və ya tədris yükünü yerinə yetirməmələri halları qanunla nəzərdə tutulan tanınma meyarlarına uyğun gəlmir”.

Ekspert qeyd edib ki, diplomların tanınmaması problemləri arasında qiyabi təhsil də xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycan qanunvericiliyinə əsasən, xüsusilə əczaçılıq və tibb ixtisasları üzrə yalnız əyani təhsil alanların diplomları tanınır, çünki bu sahələrdə peşəkar biliklərin yüksək səviyyədə mənimsənilməsi və praktik bacarıqların inkişafı vacibdir. Bir çox ölkədə, xüsusən də tibbi və texniki ixtisaslar üzrə bu məhdudiyyətlər qəbul edilir, çünki bu ixtisaslar ciddi praktiki bacarıqlar və əyani təlim tələb edir. Ancaq digər sahələr üzrə qiyabi təhsil daha geniş yayılıb və diplomların tanınması məsələsində müəyyən dərəcədə qəbul edilir. Dünya təcrübəsində isə qiyabi təhsil daha geniş qəbul görməkdədir, xüsusilə ABŞ, Birləşmiş Krallıq və Avropa ölkələrində qiyabi təhsil proqramları akkreditasiyaya malik olduğu təqdirdə iş bazarında qəbul olunur.

Azərbaycan qanunvericiliyinə görə, bir tələbənin diplomunun tanınması üçün təhsil aldığı müddətdə ölkədə yaşadığını təsdiq edən prosesin olması doğru yanaşma deyil. Çünki təhsil müddətini tələbə yox, universitet müəyyənləşdirir. Müddətin az olamsına görə diplom tanınmasınan imtina beynəlxalq konvensiyanın tələblərinə ziddir. Bu prosedur isə tələbələri əlavə sənədlər toplamaq məcburiyyətində qoyur. Halbuki, bu yanaşma dünyanın bir çox ölkəsində tələb olunmur. Məsələn, ABŞ və Avropa ölkələrində onlayn və qiyabi təhsil proqramları akkreditasiya və keyfiyyət standartlarını yerinə yetirdikləri təqdirdə tanınır və tələbələrdən əlavə sənəd tələbi olmur. Eyni zamanda, bu proqramlar iş bazarında rəqabət qabiliyyətli hesab olunur”.

Kamran Əsədov qeyd edir ki, Azərbaycanın xarici diplomların tanınmaması məsələsində daha çevik və müasir yanaşma qəbul etməsi vacibdir:

“Onlayn və qiyabi təhsil üzrə proqramların tanınması məsələsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bu, tələbələrin daha rahat və dünya standartlarına uyğun təhsil almasına şərait yaradacaq. Ölkənin gənc kadr ehtiyatlarını gücləndirmək və onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olmalarını təmin etmək üçün dövlətin xarici diplomların tanınması üzrə mövcud qaydaları yenidən nəzərdən keçirməsi zəruridir. Bu, təhsilin inkişafına və Azərbaycanın qlobal elmi və akademik aləmdə mövqeyinin güclənməsinə xidmət edəcək”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qiyabi təhsildə yenilik

    Qiyabi təhsildə yenilik ...

    21-05-2014, 10:57

  • 
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

    Xaricdə distant təhsil alanların diplomları niyə ...

    2-12-2016, 13:31

  • 
  • Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə ...

    23-07-2013, 12:43

  • 
  • Azərbaycanda qiyabi təhsil heç vaxt ləğv olunmayacaq - BDU-nun rektoru Abel Məhərrəmov

    Azərbaycanda qiyabi təhsil heç vaxt ləğv ...

    13-08-2013, 15:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu