Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Bu barədə “The Washington Post” qəzeti ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən bildirib.
Nəşrin müsahibinin sözlərinə görə, Harris həmçinin Trampla “hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini” müzakirə edib.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) demokrat, prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyi ilə bağlı çıxış edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?