Fransada Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, prokurorluq iddia edib ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər.
2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Peni həmçinin 300 min avro cərimə gözləyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?