Gundemxeber.az » Dünya » Qeyri-qanuni daşıyıcılardan miqrantlara çağırış: “Tramp vəzifəyə başlayana qədər sərhədi keçin”
Qeyri-qanuni daşıyıcılar Meksika vasitəsilə ABŞ-yə daxil olmaq istəyən miqrantlara çağırış edirlər ki, seçilmiş Prezident Donald Tramp vəzifəyə başlayana qədər mümkün qədər tez sərhədi keçsinlər.
Bu barədə Gundemxeber.az xarici mediaya istinadən xəbər verir. Nəşrin sözlərinə görə, vasitəçi qeyri-qanuni daşıyıcılar sosial şəbəkələr və mesencerlərdən istifadə edərək belə çağırışlar yayırlar.
Mexikodakı miqrant sığınacaqlarından birinin meneceri Beatris Fuentosun sözlərinə görə, insanlar hələ prezident seçkisindən əvvəl müəssisəni tərk etməyə başlayıblar.
“Onlara ABŞ-nin immiqrasiya siyasətində mümkün dəyişikliklər olacağı halda tələsmələri deyilib”, – deyə o bildirib.
Eyni zamanda, ABŞ-yə miqrant axınının artmasına dair hələ hansısa sübut yoxdur, dinamikanın dəyişməsinin ilk əlamətləri görünənə qədər isə bir neçə həftə çəkə bilər. Bu, digər məsələlərlə yanaşı, miqrantların Latın Amerikasından Şimali Amerikaya daxil olmaq üçün keçməli olduğu Panamanın cənub-şərqindəki Daryen cəngəlliyində pis hava şəraiti ilə də bağlıdır.
Nəşrin izah etdiyi kimi, qeyri-qanuni vasitəçilərin biznesi məhz miqrasiya böhranları dövründə, sərhəddə insan axınının artdığı zamanda “çiçəklənir” və əksinə, yeni miqrasiya qaydalarının tətbiqindən sonra tənəzzül yaşayır.
Nəşrin xəbərinə görə, Trampın Ağ Evə qayıdışı miqrantları təşviq edir ki, seçilmiş dövlət başçısının andiçmə mərasiminin keçiriləcəyi 20 yanvar 2025-ci ilə qədər ABŞ sərhədini keçməyə nail olsunlar. Belə ki, respublikaçının ölkəyə daxil olmaq üçün bir sıra qanuni yolları ləğv etməyə çalışacağı gözlənilir.Xatırladaq ki, daha əvvəl Donald Tramp dəfələrlə ictimai çıxışlarında vəzifəyə gəldikdən sonra ABŞ tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, miqrasiya böhranı ABŞ-də seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Miqrasiya böhranının kəskinləşməsinə görə respublikaçılar faktiki olaraq demokratları günahlandırırlar
26-11-2018, 15:33
10-03-2016, 23:48
15-10-2018, 16:55
30-07-2018, 12:35
2-02-2017, 23:00
Sorğu
Yeni dizaynımız necədir?