Gundemxeber.az » Dünya » “Bu halda Tramp özünü və Qərbi alçaltmış olar” - Conson
2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verməyəcək.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu fikri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “France Inter”ə müsahibəsində deyib.
Conson hesab edir ki, Tramp özünün və Qərbin aşağılanması ilə razılaşmayacaq: “Donald Tramp kimi bir adam Putinin Ukraynanı ələ keçirməsinə icazə verməklə necə öz prezidentliyinə kapitulyasiya ilə, Qərbi, NATO-nu və özünü alçaltmaqla başlaya bilər?”
Jurnalistlərlə söhbətində Conson qeyd edib ki, Trampın Ukraynadakı müharibəni cəmi 24 saat ərzində bitirə biləcəyi ilə bağlı açıqlamaları sadəcə ritorikadır. Buna baxmayaraq, Böyük Britaniyanın keçmiş baş naziri hesab edir ki, Tramp Putinin qalib gəlməsinə imkan vermək istəmir.
Conson Trampın eqosuna görə məğlubiyyəti qəbul etməyəcəyini vurğulayıb: "Hamının danışdığı budur: onun eqosu var, qüruru var. Ümid edirəm ki, o, Putinin ona qalib gələ biləcəyi faktını heç vaxt qəbul etməz".
GUNDEMXEBER.AZ
24-12-2016, 11:01
6-01-2020, 12:32
8-01-2017, 10:16
24-07-2019, 10:22
7-04-2020, 12:18
Sorğu
Yeni dizaynımız necədir?