ABŞ prezidenti Cozef Bayden, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə dair verdiyi orderi "biabırçı" adlandırıb.
Gundemxeber.az xəbər verir ki, o, ABŞ-ın hər zaman İsraili təhlükəsizlik təhdidləri qarşısında dəstəkləyəcəyini qeyd edib.
Bayden bildirib: "Məhkəmə tərəfindən israilli liderlərə qarşı verilən həbs orderləri qəzəb doğurur. Bir daha açıq şəkildə bildirmək istəyirəm: BCM nə demək istəyirsə desin, İsrail ilə HƏMAS arasında heç bir bərabərlik, heç bir əlaqə yoxdur".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?