Suriyada dörd illik dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Hələb şəhərinə doğru irəliləməyə başlayıb.
GundemXeber.Az-ın məlumatına görə, “Heyət Təhrir əş-Şam”ın hücumu kütləvi xarakter daşıyır: “Radikallar artıq Suriya ordusuna qarşı döyüşə giriblər. Zirehli maşınlardan istifadə edilib. Dəstə Hələbə gedən yolda artıq bir neçə yaşayış məntəqəsini keçib. İdlibdə və Anadan ətraflarında toqquşmalar qeydə alınıb. Əgər bu alınsa, yaraqlıların şəhərin qərb kənarına yolunu açacaq. Bu, dörd il əvvəl münaqişənin dondurulmasından bəri ən böyük eskalasiyadır. Öz növbəsində Suriya ordusu yanacaqla bağlı ciddi problemlər yaşayır. Bundan əlavə, terrorçular taktiki uğur qazanırlar. Suriya ordusunun müdafiəsi bazaların və dayaq məntəqələrinin sıxlığının az olması səbəbindən dağılır. Cihadçılar əsirlərin foto və videolarını fəal şəkildə yayırlar. Rusiya xüsusi təyinatlılarının texnikası da görünür. Fotolarda ən azı bir nəfərin cəsədi açıq-aydın slavyan görünüşlüdür. Terrorçular isə onun rus olduğunu iddia edirlər”. “Heyət Təhrir əş-Şam” və “Fəth əl-Mubin” əməliyyat mərkəzinin qrupları Hələbin qərbində Suriya ordusunun mövqelərinə hücum edərək, bəzi mərkəzlərə nəzarəti ələ keçirdikləri iddia edilir. Suriya hökumət qoşunları Atarib şəhəri, Darat İzza və ətraf kəndlərdə qruplaşmaların arxa mövqelərini atəşə tutub. Rusiya hərbi təyyarələrinin də “Heyət Təhrir əş-Şam” qüvvələrinə qarşı hücum etdiyi bildirilir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?