Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri ölkənin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb.
GundemXeber.Az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və dünən baş verənlər açıq şəkildə Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda Gürcüstan xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir.
"Əlbəttə ki, Gürcüstan müstəqil, suveren dövlətdir. Gürcüstanın özünün qərar vermək hüququ var – Avropa inteqrasiyasını davam etdirib-etdirməmək məsələsi öz ixtiyarındadır. Mənim fikrimcə, bu, çox kədərlidir, çox təəssüf doğurur və çox məyusedicidir”, – deyə Pavel Herçinski vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdiklərini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?